Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyevin hesabat məruzəsi dinlənildi

0

  •         22  yanvar tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və şəhər sakinləri iştirak etdilər.
            Əvvəlcə hesabat iclasını aparmaq üçün sədr və katib seçildi. Sonra Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyev məruzə ilə çıxış edərək hesabat dövründə nümayəndəliyin işçiləri tərəfindən görülən işlər haqqında məlumat verdi.
            Məruzə ətrafı çıxışlarda Sovet müəllimin işgüzar insan olduğu, sakinlərin müraciətlərinə vaxtlı-vaxtında cavab verdiyi vurğulandı. Sovet Allahverdiyevin rəhbərliyi ilə nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı. Hesabat iclasında sakinlər tərəfindən Aşağı və Yuxarı Ağcakənd qəsəbələrarası marşurutun təşkil olunması, Goranboy rayon Yeni Yaşayış massivində xeyir-şər evinin qızdırılması və su-kanalizasiya sisteminin çəkilməsi və digər təkliflər səsləndirildi.
            Yekunda Xocalı rayon İcra Hakimiyyətinin başçısı, hesabat iclasının sədri cənab Şahmar Usubov hesabat məruzəsinə münasibət bildirdi. Xocalı şəhər sakinlərinin Respublikamızın ayrı-ayırı şəhər və rayonlarında məskunlaşdığını bildirirək işlərində bir sıra çətinliklərin olmasına baxmayaraq, Sovet Allahverdiyevin gördüyü işlərə müsbət qiymət verdi. Nümayəndəliyin işlərini qənaətbəxş saydı.
         














    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib31 dəfə
    Xocalı şəhər İƏD si üzrə nümayəndəsi Sovet Allahverdiyevin hesabat məruzəsi dinlənildi

    Maraqlı gələ bilər
    35